Yaponiya uduzub, pley-offa yüksəldi - "Sarı"da Seneqaldan daha üstün olduğu üçün - DÇ-2018

29 İyun 2018 00:00 Dünya çempionatı 419
Yaponiya uduzub, pley-offa yüksəldi - "Sarı"da Seneqaldan daha üstün olduğu üçün - DÇ-2018

DÇ-2018-in qrup mərhələsinə bu gün yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sonuncu qarşılaşmalar G və H qruplarında baş tutub.

Əvvəlcə H qrupunda Yaponiya Polşa, Seneqal isə Kolumbiya ilə görüşüb. Bu dördlüyün arasında yalnız Polşanın 1/8 finala çıxmaq şansı qalmamışdı. İki oyundan sonra aktivində 4 xal olan Yaponiya və Seneqal yığmasını növbəti mərhələ üçün bərabərlik də qane edirdi.

3 xalı olan Kolumbiya isə qələbə qazanmalıydı. Kolumbiyalılar bu çətin vəzifənin öhdəsindən gəliblər və birinci yerlə mərhələ adlayıblar. Yaponiya isə Polşaya uduzsa belə, sarı vərəqə sayında Seneqaldan daha üstün olduğu üçün, pley-offa yüksəlib.

G qrupunda isə növbəti mərhələyə vəsiqə qazanan komandalar bəlliydi. Bircə liderlik məsələsi qalırdı ki, Belçika İngiltərə üzərində minimal hesablı qələbə sayəsində buna nail olub. İngiltərə isə ikinci yerlə mərhələ adlayıb. Digər görüşdə Tunis Panama üzərində əzmkar qələbəyə sevinib.

H qrupu

18:00 Yaponiya - Polşa 0:1

Qol: Yan Bednarek, 59.

Baş hakim: Canni Sikazu (Zambiya)
Volqoqrad, "Volqoqrad Arena"

Yaponiya: 1. Eydzi Kavaşima (k), 5. Yuto Naqatomo, 7. Qaku Şibasaki, 9. Şindzi Okazaki, 11. Takaşi Usami, 13. Yoşinori Muto, 16. Hotaru Yamaquçi, 19. Hiroki Sakai, 20. Tomoaki Makino, 21. Qotoku Sakai, 22. Maya Yoşida.

Ehtiyat oyunçular: 2. Naomiçi Ueda, 3. Gen Şodzi, 4. Keysuke Honda, 6. Vataru Endo, 8. Genki Haraquçi, 10. Şindzi Kaqava, 12. Masaaki Hiqaşiquçi, 14. Takaşi İnui, 15. Yuya Osako, 17. Makoto Hasebe, 18. Ryota Oşima, 23. Kosuke Nakamura.

Baş məşqçi: Akira Nişino.

Polşa: 22. Lukaş Fabianski, 3. Artur Yerdjeyçik, 5. Yan Bednarek, 6. Yatsek Qoralski, 9. Robert Levandovski (k), 10. Qreqor Krikovyak, 11. Kamil Qrositski, 15. Kamil Qlik, 18. Bartoş Berezinki, 19. Pyotr Zelinski, 21. Rafal Kurjava.

Ehtiyat oyunçular: 1. Voyeç Şçesnı, 2. Mixal Pazdan, 4. Tyaqo Çionek, 7. Arkadiuş Milik, 8. Karol Linetti, 12. Bartoş Byalkovski, 12. Matsey Ribus, 14. Lukaş Teodorçik, 16. Yakub Blaşikovski, 17. Slavomir Peşko, 20. Lukaş Pişçek, 23. David Kovnaçki.

Baş məşqçi: Adam Navalka.

18:00 Seneqal - Kolumbiya 0:1

Qol: Yerri Mina, 74.

Baş hakim: Milorad Majiç (Serbiya)
Samara, "Samara Arena"

Seneqal: 16. Xadim Ndiaye, 3. Xalidu Kulibali, 5. İdrissa Qana Queye, 6. Salif Sane, 8. Şeyxu Kuyate (k), 10. Sadio Mane, 12. Yussuf Sabali, 18. İsmaila Sarr, 19. Mbaye Nyanq, 20. Keyta Balde, 21. Lamine Qassama.

Ehtiyat oyunçular: 1. Abdullaye Diallo, 23. Alfred Qomis, 2. Adama Mbenque, 4. Kara Mbodji, 7. Mussa Sou, 9. Mame Diuf, 11. Şeyx Ndoye, 13. Alfred Ndiaye, 14. Mussa Konate, 15. Diafra Saxo, 17. Pape Aliune Ndiaye, 22. Mussa Vaque.

Baş məşqçi: Aliu Sisse.

Kolumbiya: 1. David Ospina, 4. Santyaqo Arias, 6. Karlos Sançes, 9. Radamel Falkao (k), 10. Xames Rodriges, 11. Xuan Kuadrado, 13. Yerri Mina, 15. Mateus Uribe, 17. Xoan Moxika, 20. Xuan Kintero, 23. Davinson Sançes.

Ehtiyat oyunçular: 12. Kamilo Varqas, 22. Xose Kuadrado, 2. Kristian Sapata, 3. Oskar Murilo, 5. Vilmar Barrios, 7. Karlos Bakka, 14. Luis Muriel, 16. Cefferson Lerma, 18. Fərid Diaz, 19. Migel Borxa, 21. Xose İzgierdo.

Baş məşqçi: Xose Pekerman.


G qrupu

İngiltərə - Belçika 0:1

Qol: Adnan Yanuzay, 51.

Baş hakim: Damir Skomina (Sloveniya)
Kalininqrad, "Kalininqrad" stadionu

İngiltərə: 1. Cordan Pikford, 3. Denni Rouz, 4. Erik Dayer (k), 5. Con Stounz, 11. Ceymi Vardi, 15. Qari Keyhill, 16. Fil Cons, 17. Fabian Delf, 19. Markus Reşford, 21. Ruben Loftus-Çek, 22. Trent Aleksandr-Arnold.

Ehtiyat oyunçular: 2. Kayl Uolker, 6. Harri Maquayr, 7. Yessi Linqard, 8. Cordan Henderson, 9. Harri Keyn, 10. Rahim Sterlinq, 12. Kiran Trippye, 13. Cek Butland, 14. Denni Uelbek, 18. Eşli Yanq, 20. Dele Alli, 23. Nik Pope.

Baş məşqçi: Qaret Sautqeyt.

Belçika: 1. Tibo Kurtua, 3. Tomas Vermaelen, 8. Maruan Fellaini, 16. Torqan Azar, 17. Yuri Tilemans, 18. Adnan Yanuzay, 19. Mussa Dembele, 20. Dedrik Boyata, 21. Miçi Batşuayi, 22. Nasir Şadli, 23. Linder Dendonker.

Ehtiyat oyunçular: 2. Tobi Alderveyreld, 4. Vensan Kompani, 5. Yan Vertongen, 6. Aleks Vitsel, 7. Kevin De Breyne, 9. Romelu Lukaku, 10. Eden Azar, 11. Yannik Karrasko, 12. Simon Minolye, 13. Koen Kastils, 14. Dris Mertens, 15. Tomas Munye.

Baş məşqçi: Roberto Martines.

Panama - Tunis 1:2

Qol: Yassin Meriah, 33-avtoqol - Fəxrəddin Ben Yussuf, 51. Vahbi Xəzri, 66.

Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri (Qətər), Mehdi Abid Şərif (Əlcəzair)
Saransk, "Mordoviya Arena"

Panama: 1. Xayme Penedo, 4. Fidel Eskobar, 5. Roman Torres (k), 6. Qabriel Qomes, 8. Edqar Barsenas, 9. Qabriel Torres, 13. Adolfo Maşado, 17. Luis Ovalle, 19. Rikardo Avila, 20. Anibal Qodoy, 21. Xose Luis Rodriqes.

Ehtiyat oyunçular: 3. Harold Kumminqs, 7. Blez Peres, 12. Xose Kalderon, 14. Valentin Pimentel, 15. Erik Deyvis, 16. Abdiel Arroyo, 18. Luis Texada, 22. Aleks Rodriqes, 23. Felipe Baloy.

Baş məşqçi: Ernan Qomes.

Tunis: 16. Aymen Matluti, 4. Yassin Meriah, 5. Ussama Haddadi, 6. Rami Bedui, 8. Fəxrəddin Ben Yussuf, 10. Vahbi Xəzri, 13. Feryani Sassi, 17. Ellyes Skhiri, 20. Qaylen Çaaleli, 21. Hamdi Naqez, 23. Naim Sliti.

Ehtiyat oyunçular: 3. Yohan Ben Aluane, 7. Seyfəddin Xaui, 9. Anise Badri, 12. Əli Maalul, 14. Məhəmməd Ben Amor, 15. Əhməd Xəlil, 18. Bassem Srarfi, 19. Sabir Xəlifə.

Baş məşqçi: Nabil Maalul.

Bombardirlər: Harri Keyn (İngiltərə) - 5, Kriştiano Ronaldo (Portuqaliya), Romelu Lukaku (Belçika) - 4, Dieqo Kosta (İspaniya), Denis Çerışev (Rusiya) - 3.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!