Bu gün Rusiyadakı dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, qarşılaşmalar G və H qruplarını əhatə edəcək.
G qrupunda növbəti mərhələyə vəsiqə qazanan komandalar bəllidi. 6 xalı olan İngiltərə və Belçika komandaları qrup birinciliyi uğrunda üz-üzə gələcəklər. Hər iki oyunda da məğlub olan Panama və Tunis isə ilk xallarını qazanmağa çalışacaq.
22:00. İngiltərə - Belçika
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Məhəmmed Abdulla Hassan (BƏƏ)
Kalininqrad, "Kalininqrad" stadionu

