Bu gün Rusiyadakı dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki,, qarşılaşmalar G və H qruplarını əhatə edəcək.
Əvvəlcə H qrupunda Yaponiya-Polşa və Seneqal-Kolumbiya görüşləri təşkil olunacaq. Bu qrupda Polşanın 1/8 finala vəsiqə qazanmaq şansı qalmayıb.
Hazırda 4 xala malik olan Yaponiya və Seneqal yığmasını növbəti mərhələ üçün 1 xal qane edir. Qrupda 3 xalı olan Kolumbiya isə qələbə barədə düşünəcək.
18:00. Seneqal - Kolumbiya
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Bamlak Tessema Veyesa (Efiopiya)
Samara, "Samara Arena"

