Meksika millisinin futbolçusu Xesus Qalyardo dünya çempionatları tarixində ən tez sarı vərəqə alan futbolçu olub.
Sportinfo.az xəbər verir ki, 24 yaşlı müdafiəçi DÇ-2018-in F qrupunun 3-cü oyununda İsveçlə matçın 15-ci saniyəsində sarı vərəqə ilə cəzalandırılıb.
O, rəqib futbolçu Ola Toyvonenə qarşı kobudluq edib. Meksika - İsveç matçında birinci hissə oynanılır və hesab açılmayıb.

