Rusiyadakı dünya çempionatında bu gün daha 2 qrupda son turun matçları keçiriləcək.
Sportinfo.az xəbər verir ki, qarşılaşmalar F və E qruplarını əhatə edəcək.
E qrupunda vəziyyət nisbətən qeyri-mürəkkəbdi. 4 xalla qrup lideri olan komandalardan Braziliya 3 xalı olan Serbiya, İsveçrə isə hələ xal toplamayan Kosta-Rika ilə qarşılaşacaq.
Serbiya Braziliyaya qalib gələ bilməsə, digər görüşün əhəmiyyəti qalmayacaq. Hərçənd, İsveçrənin Kosta-Rika ilə görüşdən ən azı heç-heçə ilə ayrılmaq imkanları yüksək qiymətləndirilir.
22:00. İsveçrə - Kosta-Rika
Hakimlər: Kleman Turpen, Nikola Dano, Siril Qrinqor (hamısı Fransa), Norbert Hauata (Taiti), Bertran Brial (Yeni Kaledoniya)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu

