Meksika - İsveç: CANLI YAYIM

27 İyun 2018 18:12 Dünya çempionatı 553
Meksika - İsveç: CANLI YAYIM

Rusiyadakı dünya çempionatında bu gün daha 2 qrupda son turun matçları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, qarşılaşmalar F və E qruplarını əhatə edəcək.

Əvvəlcə F qrupunda Cənubi Koreya - Almaniya və Meksika - İsveç görüşləri təşkil olunacaq. Bu qrupda bütün komandalar 1/8 finala iddialıdı.

Hazırda 6 xala malik Meksikaya mərhələ adlaması üçün 3 xalla 3-cü pillədə yer alan İsveçlə görüşdə heç-heçə də yetərlidi.

Amerikalılar qələbə qazansa, hələ xalı olmayan Cənubi Koreya 3 xalla 2-ci pillədə qərarlaşmış Almaniya üzərində qələbə qazanaraq, mərhələ adlaya bilər.

18:00. Meksika - İsveç

Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Andres Kunya, Maurisio Espinoza (hər ikisi Uruqvay)

Yekaterinburq, "Yekaterinburq Arena"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti