Rusiyadakı dünya çempionatında bu gün daha 2 qrupda son turun matçları keçiriləcək.
Sportinfo.az xəbər verir ki, qarşılaşmalar F və E qruplarını əhatə edəcək.
Əvvəlcə F qrupunda Cənubi Koreya - Almaniya və Meksika - İsveç görüşləri təşkil olunacaq. Bu qrupda bütün komandalar 1/8 finala iddialıdı.
Hazırda 6 xala malik Meksikaya mərhələ adlaması üçün 3 xalla 3-cü pillədə yer alan İsveçlə görüşdə heç-heçə də yetərlidir.
Amerikalılar qələbə qazansa, hələ xalı olmayan Cənubi Koreya 3 xalla 2-ci pillədə qərarlaşmış Almaniya üzərində qələbə qazanaraq, mərhələ adlaya bilər.
18:00. Cənubi Koreya - Almaniya
Hakimlər: Mark Geyger (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)
Kazan, "Kazan Arena"

