Argentina prezidenti Maurisio Makri millinin müdafiəçisi Markos Roxoya dünya çempionatının D qrupunda III tur qarşılaşmasında Nigeriya üzərindəki qələbə qoluna görə minnətdarlıq edib.
Sportinfo.az xəbər verir ki, bu barədə "Sovetskiy sport" məlumat yayıb.
"Sağ olun oğlanlar! Mən səni çox sevirəm Roxo, əzizim!", - deyə o, "Twitter"də yazıb.
Dünya çempionatında D qrupunda III tur qarşılaşması çərçivəsində Argentina Sankt-Peterburqda, eyniadlı stadionda keçirilən matçda Nigeriya üzərində 2:1 hesablı qələbə qazanıb.
Qarşılaşmada qələbə topunu 87-ci dəqiqədə Markos Roxo vurub. Hazırda D qrupunda ilk yerdə 9 xalla Xorvatiya yığması qərarlaşıb.
Xorvatlar 1/8 finalda Danimarka komandası ilə qarşılaşacaqlar. Dörd xal toplayan Argentina komandası isə mundialın pley-ofunda Fransa yığmasına qarşı oynayacaq.

