Sportinfo.az xəbər verir ki, Almaniya millisinin baş məşqçisi Yoahim Löv Cənubi Koreyaya qarşı keçirəcəkləri oyundan öncə sualları cavablandırıb. :
Tomas Müller bu oyunla nə edəcək?
- Meksika ilə matçdan sonra onunla uzun söhbətimiz oldu. Bütün oyunboyu etdiklərini təhlil etdik. Dialoqa və tənqidlərə açıqdır. O, 1-2 matç pis oynadıqdan sonra yaxşı çıxış etməli olduğunu dərk edənlərdən biridi.
Məsut Özili İsveçə qarşı oyunda qoruyub saxladınız. İndi nə edəcəksiniz?
- İsveçlə oyundan sonra Özil mükəmməl məşq keçib. Mənim ona ümidlərimi böyükdür. Eyni şeyləri Xedira haqqında da deyə bilərəm. Növbəti matç üçün hər kəs özünü heyətdə görməlidir. Rudi oynamayacaq. Onun 2-3 gün dincəlməyə ehtiacı var. Burnundakı əzik onu incidir. Boatenq diskvalifiasiya olundu. Qalan 18 oyunçunun hər biri meydana çıxa bilər.
Hummels hazırdı?
- Bəli. Son 2 gündə əla hazırlıq keçib bə problem yoxdur.
Hava çox isti olacaq. Yorğunluq çox olacaq:
- Əlbəttə, yorğunluq olacaq. Amma biz özümüzü hazırlamışıq. 30 dərəcədən artıq isti gözlənilir. Meksika və İsveçlə oyunlarda göstərdik ki, biz istidə belə sürətlə davam edə bilərik. Düzdür, Soçidə o qədər isti deyildi, amma istilik böyük problemdi.
İsveçdən sonra komandada hansı mühit oldu?
- Meksika ilə oyundan sonra atmosfer yaxşı deyildi. Hər kəs vəziyyətin nə olduğunu anlayırdı: 0 xal və böyük təzyiq. İsveçlə oyun isə zövq oldu. Sonda qol vurmaq inanılmazdır. Əgər biz 1 xal qazansaydıq, hər şey çox pis olacaqdı. Amma biz qələbə qazandıq və irəliləməliyik. Sabah artıq Cənubi Koreya ilə oynayacağıq. Turnirlərdə həmişə belə olur, qalib gəlsəniz, eyforiyaya sürüklənməməlisiz. 2014-də Portuqaliyanı udduqdan sonra eyforiyaya görə Qana ilə 2:2-lik heç-heçə etdik. Növbəti matça böyük diqqət önəmlidir.
VAR haqqında nə düşünürsünüz?
- VAR-ın fanatı deyiləm, amma yaxşı işləyir. Mən çox yaxşı işlədiyinə sevinirəm.

