Rusiyada təşkil olunan dünya çempionatı çərçivəsində keçirilən Danimarka - Fransa matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Fransa yığmasının yarımmüdafiəçisi Nqolo Kante seçilib.
Fransa yığması bu oyunda 0:0 hesablı heç-heçəyə razılaşıb və qrup lideri kimi pley-offa yüksəlib.

