Dünya çempionatında daha iki 1/8 final cütü bəlli oldu

27 İyun 2018 08:12 Dünya çempionatı 533
Dünya çempionatında daha iki 1/8 final cütü bəlli oldu

Rusiyada təşkil olunmuş dünya çempionatında 1/8 final mərhələsinin daha iki cütü müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, C qrupunun birincisi D qrupunun ikincisi, C qrupunun ikincisi D qrupunun birincisi ilə rəqib olub.

Beləliklə 1/8 final mərhələsində Fransa Argentina ilə qarşılaşacaq, Xorvatiya isə Danimarka ilə üz-üzə gələcək. Daha öncə Uruqvay Portuqaliyaya, Rusiya isə İspaniyaya rəqib olmuşdu.

DÇ-2018, 1/8 final mərhələsi

30 iyun

18:00. Fransa - Argentina
22:00. Uruqvay - Portuqaliya

1 iyul

18:00. İspaniya - Rusiya
22:00. Xorvatiya - Danimarka

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!