"İranlılar bizi saxlaya bilmirdi"

26 İyun 2018 14:24 Dünya çempionatı 513
"İranlılar bizi saxlaya bilmirdi"

“Rəqibimiz güclü idi. Mən iran millisinin baş məşqçisini Karluş Keyruşu təbrik edirəm ki, çox yaxşı komanda yaradıb.

Futbolçuları sonadək intensiv işlədi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2018-in 3-cü turunda İranla keçirilən oyundan (1:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli müətəxssis matçı belə şərh edib: “Oyuna yaxşı başladıq. İranlılar bizi saxlaya bilmirdi. Ancaq sonra Keyruş düzəlişlər etdi. Kuarejma gözəl qol vurdu. Əla oynadığımızı deyə bilərəm.

Yaxşı nəticə qazandıq. Buna görə oyunçularımı təbrik edirəm. İndi Uruqvayı necə məğlub edəcəyimizi düşünməiyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti