"Belə asanlıqla qollar buraxsaq, məqsədimizə çətin çatarıq"

26 İyun 2018 13:48 Dünya çempionatı 561
"Belə asanlıqla qollar buraxsaq, məqsədimizə çətin çatarıq"

“Bilirdik ki, Mərakeş millisi bizimlə oyunda mübarizə aparacaq.

Rəqibimiz əla komanda idi.

Onlar 2 oyunda 0:1 hesabı ilə uduzmuşdu. Ancaq bundan artığına layiq idilər”.

Sportinfo.az xəbər verir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Fernando Yerro DÇ-2018-in 3-cü turunda Mərakeşlə keçirilən oyundan (2:2) sonra FİFA-nın saytına deyib.

O, 1/8 finala çıxmalarına baxmayaraq, komandada problemlər olduğunu bildirib: “Qrup mərhələsi bizim üçün çətin alındı. Ancaq qrup lideri olmağı bacardıq. Öz oyunumuzu yaxşılaşdırmalıyıq. 3 oyunda 5 qol buraxmışıq.

Bu, irəli addım deyil. Bəxtimiz gətirdi ki, qrupda birinci olduq. İndi özümüzə qarşı daha tələbkar olmalıyıq. Çünki belə asanlıqla qollar buraxsaq, məqsədimizə çatmaq çətin olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik