Şahin Diniyev mundialı dəyərləndirərkən dəyərli fikirlərini bölüşüb.
1. "Ronaldonun da oyunu yoxdur. Sadəcə, onun vurduğu qollar oyunun taleyini həll edir. Ronaldonun qollarına baxın. Birini penaltidən vurub, birində qapıçının kobud səhvi oldu".
2. "Sampaolini günahlandırmaq olmaz. Argentinalı futbolçular meydanda nə etdi ki? Futbolçular da nəsə etməyib. Ona görə də komandanın baş məşqçidən narazı qalması düzgün deyil. Argentina yaxşı oynasaydı, hamı Sampaolinin heyət seçimini də tərifləyəcəkdi. Biz deyə bilmərik ki, Argentina millisinin daxilində nə baş verib. Ancaq qıraqdan görünən odur ki, komandada əhval-ruhiyyə yaxşı deyil, nizam-intizam yoxdur".
Adama deyərlər, ay Şahin müəllim, burax bu Portuqaliyanı, Argentinanı. Bildiyin işdən yapış, get "otkat"larını al, "otkat"larını ver.
CR7 Portuqalianı tək dartır, necə dəmək olar ki onun oyunu yoxdu?! Sampaolini müdafiə edir, sonra da deyir ki komandada nizam-intizam yoxdu. Bəs buna cavabdeh kimdi? Massajçı?
Sonra da deyirlər niyə Azərbaycanda futbol yoxdu...
Bu cür savadsız məşqçilər ola-ola futbol necə inkişaf etsin? Hələ bu adam milli komandanın baş məşqçisi olub, "Qarabağ", Kəpəz" kimi klubları çalışdırıb!
Erkin İbrahimov

