Misirin 45 yaşlı qapıçısı dünya çempionatlarının tarixinə düşdü

26 İyun 2018 09:48 Dünya çempionatı 530
Misirin 45 yaşlı qapıçısı dünya çempionatlarının tarixinə düşdü

Misir millisinin qapıçısı Essam Əl Hədari tarixi rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli qapıçı buna DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda Səudiyyə Ərəbistanı ilə matçda nail olub.

Start heyətdə meydana daxil olan qolkiper dünya çempionatları tarixində oynayan ən yaşlı futbolçu olub. O, bunu 45 yaş, 162-ci günündə reallaşdırıb.

Əl Hədaridən sonra mundiallarda meydana çıxan ən yaşlı futbolçu Fərid Mondraqon idi. Kolumbiyalı qapıçı DÇ-2014-də Yaponiya ilə matçda 43 yaş, 3 günündə rekorda imza atmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti