DÇ-2026: Türkiyədən bolqar darmadağını, İspaniya və İtaliyadan qələbə - NƏTİCƏLƏR

DÇ-2026: Türkiyədən bolqar darmadağını, İspaniya və İtaliyadan qələbə - NƏTİCƏLƏR

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün daha 8 oyun baş tutub.

Sportinfo.az xəbər verir ki, Türkiyə millisi səfərdə Bolqarıstana böyük hesabla qalib gəlib.

İspaniya yığması evdə Gürcüstan üzərində inamlı qələbə qazanıb. Portuqaliya yığması İrlandiyanı, İtaliya millisi isə Estoniyanı məğlub edib.

E qrupu

Bolqarıstan – Türkiyə 1:6
Qollar
: Kirilov, 13 – A.Gülər, 11. Popov, 49-öz qapısına. K.Yıldız, 51; 56. Z.Çelik, 65. İ.C.Kahveci, 90+3.

İspaniya – Gürcüstan 2:0
Qollar
: Pino, 24. Oyarsabal, 64.

Xal: İspaniya – 9. Türkiyə – 6. Gürcüstan – 3. Bolqarıstan – 0.

F qrupu

Macarıstan – Ermənistan 2:0
Qollar: Lukaçs, 56. Qruber, 90+4.

Portuqaliya – İrlandiya 1:0
Qol
: R.Neves, 90+1.

Xal: Portuqaliya – 9. Macarıstan – 4. Ermənistan – 3. İrlandiya – 1.

I qrupu

Norveç – İsrail 5:0
Qollar: Xalaili, 18-öz qapısına. Haland, 27; 63; 72. Naxmias, 28-öz qapısına.

Estoniya – İtaliya 1:3
Qollar
: Sappinen, 76 – M.Kin, 4. Reteqi, 38. Espozito, 74.

Xal: Norveç – 18. İtaliya – 12. İsrail – 9. Estoniya – 3. Moldova – 0.

K qrupu

Latviya – Andorra 2:2
Qollar
: Zelenkov, 41. Qutkoviç, 55-pen – San Nikolas, 33. İ.Oliveyra, 78.

Serbiya – Albaniya 0:1
Qol
: Manay, 45+1.

Xal: İngiltərə – 15. Albaniya – 11. Serbiya – 7. Latviya – 5. Andorra – 1.

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 18:10 Çək və bizə göndər!
11 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM