Millimiz, “səkkizliy”in daimi “sakin”i və Avropanın qarşısına çıxan debütant

30 May 03:20 Dünya çempionatı 244
Millimiz, “səkkizliy”in daimi “sakin”i və Avropanın qarşısına çıxan debütant

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, 1/8 final mərhələsi başa çatdıqdan sonra mundialın ən yaxşı 8 komandası bəlli olub.

Ardıcıl 2-ci uğur
Azərbaycan millisi özü üçün debüt çempionatı olan DÇ-2023-ün yarımfinalçısıdır. Həmin vaxt 4-cü yeri tutan yığmamız ardıcıl ikinci mundialda 1/4 final oynayacaq.

İkinci cəhddən rekordçular
Millimiz kimi Bosniya və Herseqovina da ikinci dəfə mundiala qatılıb. Balkanlılar Bakıda tarixinin rekorduna imza atıb. DÇ-2017-də 1/8 finalda uduzan yığma bu dəfə həmin səddi adlayıb. Sabiq Yuqoslaviyanın daha bir təmsilçisi tarixinin rekorduna ikinci cəhddən imza atıb. DÇ-2023-ə 1/8 finalda vida edən Monteneqro bu dəfə səkkiz ən yaxşı komanda arasıdnadır.

Çex ənənəsi
1/4 finalın ən təcrübəli komandası Çexiyadır. Bütün mundialların iştirakçısı heç vaxt 1/4 finaldan tez dayanmayıb. DÇ-2017-nin çempionu 2015, 2019 və 2023-cü illərdə yarımfinalın bir addımlığında uduzub.

Addım-addım irəli
İngiltərə tarixində 3-cü dəfə mundiala qatılıb. DÇ-2019-da qrupda qalan yığma dörd il sonra bir addım irəliləyib. Həmin vaxt britaniyalılar 1/8 finalda büdrəyib. Bakıda daha bir addım atan İngiltərə tarixində ilk dəfə 1/4 finala yüksəlib.

3-cü yarımfinal arzusunda
Çexiya kimi Macarıstan da qatıldığı bütün mundiallarda 1/4 final həyəcanı yaşayıb. Amma onlar ilk çempionata qatılmayıblar. DÇ-2017-də 1/4 finalda qalan macarlar son iki turnirdə yarımfinal oynayıb. Əvvəl 4-cü, sonra 3-cü yeri tutan komanda ardıcıl 3-cü yarımfinalın arzusundadır.

Təəccübləndirən serblər
Serbiya yığması mundialların təcrübəli komandası sayılır. 4-cü dəfə dünya çempionatına qatılan yığma ciddi uğuru ilə yadda qalmayıb. DÇ-2015 və DÇ-2023-də qrupda qalan komandanın yeganə uğuru DÇ-2019-un 1/8 finalı idi. Amma Bakıda tarixinin ən yaxşı nəticəsini göstərən Serbiya artıq 1/4 finaldadır.

Avropanın qarşısına çıxan debütant
1/4 finalda oynayacaq 8 komandadan 7-si Avropanı təmsil edir. Yeganə istisna Mavritaniyadır. Afrika təmsilçisi tarixində ilk dəfə qatıldığı mundialda iirəliləməkdə davam edir. Debütant “iştah diş altındadır” ifadəsindən ruhlanaraq yarımfinalın bir addımlığına qədər irəliləyib (idman.biz).

Digər Xəbərlər
Xəbər Lenti
30 May 03:00 Bunlar da boşandılar