Azərbaycan millisi DÇ-nın yarımfinalında - VİDEO

29 May 21:40 Dünya çempionatı 439
Azərbaycan millisi DÇ-nın yarımfinalında - VİDEO

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığma 1/4 finalda İngiltərə ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan finala gedən yolda Monteneqro ilə münasibətlərinə aydınlıq gətirəcək.

Azərbaycan millisi qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0).

Quliyevin komandası 1/8 finalda son dünya çempionu Rumıniyanı (1:1, pen.- 2:1) üstələyib.

Digər Xəbərlər
Xəbər Lenti