Millimiz DÇ-2025-də Rumıniyaya rəqib oldu

26 May 2025 09:00 Dünya çempionatı 1 028
Millimiz DÇ-2025-də Rumıniyaya rəqib oldu

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında beşinci günə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi Mavritaniyanı 2:0 hesabı ilə məğlub edib.

Qrupun digər görüşündə Bəhreyn Sloveniyanı 4:1 hesabı ilə üstələyib. Beləliklə, bu qrupda Azərbaycan və Mavritaniya komandaları 1/8 finala vəsiqəni təmin edib.

Yığmamız növbəti etapda Rumıniya ilə qarşılaşacaq.

Rumıniya 3-cü turda Fransa ilə qolsuz heç-heçə edib.

Son dünya çempionu 4 xalla qrup mərhələsini ikinci yerdə tamamlayıb. Azərbacan millisi isə 7 xalla qrupu lider kimi başa vurub.

Mayın 27-də keçiriləcək Azərbaycan - Rumıniya görüşü 20:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...