"Komandamız yaxşı oyunçulardan təşkil olunub"

"Komandamız yaxşı oyunçulardan təşkil olunub"

Özbəkistan yığmasının futbolçusu Azizbek Temirov Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda Çad üzərində qazandıqları qələbəni və təşkilatçılığı dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, “report”a açıqlamasında 3:0 hesablı qələbəyə baxmayaraq, görüşün çox çətin keçdiyini bildirib.

Matçın ən yaxşısı seçilən futbolçu növbəti qələbə qazandıqları üçün şad olduğunu söyləyib:

“Üçüncü oyun bizim üçün mühüm idi. Görüş çox çətin keçdi.

Buna baxmayaraq, qələbə qazandıq. Komanda və mənim üçün sevindirici haldır.

Komandamız yaxşı oyunçulardan təşkil olunub. Bu futbolçuların Özbəkistan yığmasını daha yüksək yerlərə daşıyacağına inanıram”.

“Təşkilatçılıq idealdır. Ab-hava, hər şey çox əladır”, - deyə futbolçu əlavə edib.

Özbəkistan millisi qrup mərhələsinin son turunda Çadı 3:0 hesabı ilə üstələyib.

Digər Xəbərlər
Xəbər Lenti
25 May 02:50 İki qolla uduzdular