
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda Azərbaycan yığması qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Mavritaniya ilə üz-üzə-gəlib.
Milli Gimnastika Arenasında baş tutan görüş millinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komanda növbəti mərhələyə adını yazdırıb.
Millimiz bu qrupda Bəhreynlə heç-heçə edib (1:1), Sloveniyaya qalib gəlib (4:0). Mavritaniya isə sloveniyalılarla heç-heçə edib (1:1), Bəhreyni isə (2:0) məğlub etmişdi.
Azərbaycan – Mavritaniya 2:0
Azərbaycan millisi: Ağaseyid Qasımov, Vəli Qafarov - Samir Həmzəyev, Vüsal İsayev, Rəvan Kərimov, Xətai Bağırov, Mirmehti Rzayev, Müseib Vəliyev, Təmkin Xəlilzadə, Eşqin Tağıyev, Kamran Qürbətov, Mirkamil Əliyev, Taleh Babayev, Kamran Abdullazade, Elvin Əlizadə, Məhəmməd Xəlilov, Ramiz Çovdarov