
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb.
Sportinfo.az xəbər verir ki, 8 matçdan sonra mundialda qrup mərhələsinin I turuna yekun vurulub.
E qrupunda İndoneziya Kosta Rika seçməsinə minimal hesabla qalib gələrək liderliyi ələ keçirib. Bu qrupun digər oyununda Tailand Monteneqro ilə heç-heçəyə razılaşıb - 1:1.
Polşa Qazaxıstanı 2:1, Bosniya və Herseqovina isə ABŞ-ni 4:2 hesabı ilə üstələyərək F qrupuna qələbə ilə başlayıblar.
Dünya çempionatına qələbə ilə start verən yığmalardan biri də Çexiya olub. Bu kollektiv Argentinanı 2:1 hesabı ilə məğlub edib. Gürcüstan komandası isə BƏƏ millisindən güclü olub - 2:0. Avropa təmsilçiləri G qrupunda 3 xala malikdirlər.
H qrupunda isə İspaniya Qanaya, Serbiya isə İsrailə 3:0 hesabı ilə qalib gəlib.
Bu gün qrup mərhələsində II turun görüşlərinə start veriləcək. Mundiala iyunun 1-də yekun vurulacaq.
E qrupu
14:00. İndoneziya - Kosta Rika - 1:0
15:15. Monteneqro - Tailand - 1:1
F qrupu
18:15. Qazaxıstan - Polşa - 1:2
19:30. ABŞ - Bosniya və Herseqovina - 2:4
G qrupu
16:30. Çexiya - Argentina - 2:1
20:45. Gürcüstan - BƏƏ - 2:0
H qrupu
12:45. Qana - İspaniya - 0:3
22:00. Serbiya - İsrail - 3:0