
“Futbolda nüfuzlu yarışlarda son dövrlərdə maraqlı tendessiya mövcuddur.
Belə ki, hər hansı bir turnirin favoriti sayılan komandalar uğursuz startla diqqət çəkiblər.
Çətinliklə qrup mərhələsi keçib yekunda çempion olurlar.
Ümid edirik ki, minifutbol millimizdə eyni hal, adrenalin yaşanmaz, yəni qrupda sürpriz çıxışla təəccüblənməyək. Elşad Quliyev iddialı danışdı.
Bakıdakı mundialla AMF-nin rəhbərliyi nümunə yaradacaqlar. Standartları bundan sonra Azərbaycan müəyyənləşdirəcək”.
Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində Elçin Cəfərova məxsusdur.
Məlum olduğu kimi, Azərbaycan millisi minifutbol üzrə dünya çempionatına sürpriz heç-heçə ilə başladı. Komandamız Bəhreynlə (1:1) oyunda xal itkisi ilə üzləşdi.
Tanınmış jurnalist yığmamızın oyunundan 1 gün öncə canlı yayımda nüfuzlu yarışlarda favorit komandaların qrup mərhələsində yaşadıqları çətinliklərdən danışmışdı.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Mayın 29-da “QOLAT Sport Service & Football Agency” tərəfindən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransı keçiriləcək.
Azərbaycanda ilk dəfə təşkil olunacaq konfransın əsas məqsədi ölkəmizdə futbol sahəsində çalışan insanların bir araya gələrək müasir futbol mövzularının müzakirəsində iştirak etmək, xarici və yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsində aparmaq və əlaqləri genişləndirməkdir.
Futbol Forumunun əsas mövzu istiqaməti “Dəyişən Futbol Dünyası” olaraq nəzərdə tutulub.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN