
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında ilk böyükhesablı qələbə qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan günün dördüncü matçında Ukrayna və İngiltərə milliləri üz-üzə gəliblər. Britaniyalılar rəqibini 4 cavabsız qolla üstələyib.
Daha əvvəl Portuqaliya Bolqarıstanı (3:1), Fransa Çadı (1:0) məğlub edib. Macarıstan – Türkiyə qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.
A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.