Türkiyə millisi Bakıdakı mundiala heç-heçə ilə başladı, Fransa qazandı - GÜNDƏM

Türkiyə millisi Bakıdakı mundiala heç-heçə ilə başladı, Fransa qazandı - GÜNDƏM

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan günün ikinci matçında Türkiyə və Macarıstan komandaları üz-üzə gəlib.

C qrupunun qarşılaşması heç-heçə yekunlaşıb – 1:1.

Bu gün daha altı qarşılaşma baş tutacaq. İlk matçda Fransa yığması Çadı minimal hesabla üstələyib – 1:0.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

A qrupu
20:30. Azərbaycan - Bəhreyn
23:00. Mavritaniya - Sloveniya

B qrupu
09:15. Fransa - Çad
21:45. Rumıniya - Özbəkistan

C qrupu
10:30. Macarıstan - Türkiyə
13:00. Ukrayna - İngiltərə

D qrupu
11:45. Bolqarıstan Portuqaliya
14:15. Slovakiya - Hindistan

Digər Xəbərlər
Xəbər Lenti