Bakıdakı dünya çempionatında kimlər iş başında olacaq?

16 Aprel 09:20 Dünya çempionatı 255
Bakıdakı dünya çempionatında kimlər iş başında olacaq?

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının hakimləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmaları 14 ölkənin referisi idarə edəcək.

Onların arasında azərbaycanlı Rza Məmmədov da olacaq.

Mundialda bu referilər fəaliyyət göstərəcək:

Alaa Eddin Zidan (Liviya), Ales Müller (Sloveniya), Aleksander Vangelov (Bolqarıstan), Antoniyo Meşiç (Xorvatiya), Katalin Pidqirni (Moldova), Grem Florens (ABŞ), İlyes Çakrun (Tunis), İstvan Mod (Macarıstan), Marko Popoviç (Monteneqro), Mixal Bereş (Slovakiya), Mohammed Adnan İsmail (İraq), Rza Məmmədov (Azərbaycan), Tamaş Paul (Rumıniya), Tomaş Sikora (Çexiya).

Dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!