Yalnız bir klubda işlədi millimizin rəqibinin yeni baş məşqçisi oldu

22 Yanvar 2025 08:40 Dünya çempionatı 1 352
Yalnız bir klubda işlədi millimizin rəqibinin yeni baş məşqçisi oldu

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İslandiya yığmasının yeni baş məşqçisi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı İslandiya Futbol Federasiyasının mətbuat xidməti yayıb.

Komandanı Arnar Qunnlauqsson çalışdıracaq. O, bu vəzifədə Oqe Hareydanı əvəzləyib.

Qunnlauqsson buna qədər yalnız “Vikinqur”da baş məşqçi kimi çalışıb.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə sentyabrın 5-də səfərdə, noyabrın 13-də isə Bakıda qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti