“Dünya çempionatından sonra Messiyə qəzəbləndim, çox hirsli idim”

11 Dekabr 2024 12:00 Dünya çempionatı 473
“Dünya çempionatından sonra Messiyə qəzəbləndim, çox hirsli idim”

Fransa millisinin və “Real madrid”in futbolçusu Kilian Mbappe Lionel Messi ilə bağlı xatirəsini danışıb.

Sportinfo.az “RMC Sport”a istinadən xəbər veirr ki, o, PSJ-də oynayarkən argentinalıya hirsləndiyini etiraf edib.

Belə ki, Mbappe Dünya Çempionatının finalında Argentinaya uduzmaqlarını qəbul edə bilmirmiş:

“Dünya çempionatından sonra Messiyə qəzəbləndim. Finaldan sonra Parisdə Messi ilə ilk görüşdə hələ çox hirsli idim.

Amma mənə daha öncə bu titulu qazandığımı, indi növbənin onda olduğunu dedi. İnanılmaz dərəcədə əsəbi idim, lakin Messiyə hörmət bəsləyirdim.

Çünki o Messi idi. Birlikdə danışdıq, güldük, buzlar əridi. Hər ikimiz böyük əmək sərf etmişdik.

Finalla bağlı danışdıq. Həmin finalla bağlı hələ də xatirələrimiz var. O matç bizi daha da yaxınlaşdırdı. Ondan çox şey öyrəndim”.

Messi və Mbappe 2021-2023-cü illərdə PSJ-dəkomanda yoldaşı olublar. Messi 2023-cü ildə “İnter Mayami”yə, Mbappe isə bu yay “Real”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”