Dünya çempionatında çıxış edəcək 32 klub - SİYAHI

2 Dekabr 2024 08:30 Dünya çempionatı 831
Dünya çempionatında çıxış edəcək 32 klub - SİYAHI

Klublar arasında keçiriləcək dünya çempionatının sonuncu iştirakçısı da müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, Brazliyanın “Botafoqo” komandası olub.

Rio-De-Janeyro təmsilçisi dünən Libertadores kubokunun finalında “Atletiko Mineyro”ya (Braziliya) qalib gəlməklə (3:1) bu hüquqa yiyələnib.

Klublararası növbəti dünya çempionatı 2025-ci ildə (15 iyun - 13 iyul) ABŞ-da keçiriləcək. Tarixdə ilk dəfə həmin yarışda 32 klub iştirak edəcək.

Həmin klublar aşağıda adları qeyd edilənlərdir:

"Çelsi" (İngiltərə)

“Mançester Siti" (İngiltərə)

“Real" (Madrid, İspaniya)

“Atletiko" (İspaniya)

“Bavariya" (Almaniya)

“Borussiya" (Dortmund, Almaniya)

PSJ (Fransa)

“İnter" (İtaliya)

“Yuventus" (İtaliya)

“Porto" (Portuqaliya)

“Benfika" (Portuqaliya)

“Zalsburg" (Avstriya)

“Palmeyras” (Braziliya)

“Flamengo” (Braziliya)

“Fluminense” (Braziliya)

“Botafoqo” (Braziliya)

River Pleyt” (Argentina)

“Boka Xuniors” (Argentina)

“Monterrey” (Meksika)

“Leon” (Meksika)

“Paçuka” (Meksika)

“Sietl Saunders” (ABŞ)

“İnter Mayami” (ABŞ)

“Əl Hilal” (Səudiyyə Ərəbistanı)

“Urava Red” (Yaponiya)

“Əl Ain” (Birləşmiş Ərəb Əmirlikləri)

“Ulsan” (Cənubi Koreya)

“Əl-Əhli” (Misir)

“Vidad” (Mərakeş)

“Sandaunz” (Cənubi Afrika)

“Tunis” (Tunis)

“Oklend Siti” (Yeni Zelandiya)

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu