DÇ-2030-un final oyunu “Real”ın stadionunda keçiriləcək?

26 İyun 2024 15:20 Dünya çempionatı 767
DÇ-2030-un final oyunu “Real”ın stadionunda keçiriləcək?

FİFA 2030-cu ildə keçiriləcək dünya çempionatının final oyununu “Real”ın arenası olan “Santyaqo Bernabeu”da keçirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

2030-cu il dünya çempionatının final mərhələsinin yayda İspaniya, Portuqaliya və Mərakeşdə keçirilməsi planlaşdırılır. Argentina, Paraqvay və Uruqvayın hərəyə bir oyuna ev sahibliyi edəcəyi də vurğulanır.

Hazırkı dünya çempionu Argentina millisidir. Lionel Skaloninin yetirmələri Qətərdə keçirilən 2022-ci il dünya çempionatının final matçında Fransa yığmasını penaltilər seriyasında məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular