"Əgər çempionluq titulu qazanmasaydıq, yəqin ki, mən millini tərk edərdim"

28 Mart 2024 01:40 Dünya çempionatı 491
"Əgər çempionluq titulu qazanmasaydıq, yəqin ki, mən millini tərk edərdim"

“Dünya kubokunu qazanmaq özümüz, ailələrimiz və bütün ölkə üçün bir möcüzə idi.

Bu hisslər həyatımızın sonuna qədər bizimlə qalacaq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “İnter Mayami”nin ulduzu Lionel Messi “Big Time AS”a danışarkən deyib.

Hücumçu Argentina yığması ilə birlikdə DÇ-2022-nin qalibi olmağını xatırlayıb:

“Əgər titul qazanmasaydıq, yəqin ki, mən milli komandanı tərk edərdim. Amma şadam ki, bunu bacardıq və Argentinaya daha bir qələbə qazandırdıq”.

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisi finalda Fransanı məğlub edərək (3:3, penaltilər-4:2) çempion olmuşdu. Həmin oyunda dubl edən Messi həm də turnirin ən yaxşı oyunçusu seçilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır