Klublararası dünya çempionatında yarışacaq 19 klubun adı açıqlandı

1 Mart 10:20 Dünya çempionatı 316
Klublararası dünya çempionatında yarışacaq 19 klubun adı açıqlandı

FİFA 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak edəcək komandaların qismən siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, turnir yenilənmiş formatda keçiriləcək. Yarışda 7 klub əvəzinə 32 komanda iştirak edəcək.

Hazırda yeni formatlı turnirdə iştirak edəcək 19 klub məlumdur.

Klublararası dünya çempionatı-2025-in iştirakçılarının qismən siyahısı

"Çelsi" (İngiltərə) – Çempionlar Liqasının 2020/2021 qalibi
"Real" (İspaniya) – 2021/2022 Çempionlar Liqasının qalibi
"Mançester Siti" (İngiltərə) – Çempionlar Liqasının 2022/2023-cü il mövsümünün qalibi
“Bavariya” (Almaniya) – UEFA reytinqinə uyğun olaraq
PSJ (Fransa) – UEFA reytinqinə uyğun olaraq
"İnter" (İtaliya) – UEFA reytinqinə uyğun olaraq
“Portu” (Portuqaliya) - UEFA reytinqinə uyğun olaraq
"Benfika" (Portuqaliya) – UEFA reytinqinə uyğun olaraq
"Palmeyras" (Braziliya) – 2021 Libertadores Kubokunun qalibi
"Flamenqo" (Braziliya) – 2022 Libertadores Kubokunun qalibi
"Fluminense" (Braziliya) – 2023 Libertadores Kubokunun qalibi
"Əl-Əhli" (Misir) – Afrika Çempionlar Liqasının 2020/2021 və 2022/2023 qalibi
"Vidad" (Mərakeş) – Afrika Çempionlar Liqasının 2021/2022 qalibi
"Əl-Hilal" (Səudiyyə Ərəbistanı) – 2021-ci ildə Asiya Çempionlar Liqasının qalibi
"Urava Red Daymonds" (Yaponiya) – 2022 Asiya Çempionlar Liqasının qalibi
"Monterrey" (Meksika) – 2021 Konkakaf Kubokunun qalibi
"Sietl Saunders" (ABŞ) – 2022 Konkakaf Kubokunun qalibi
“Leon” (Meksika) – 2023 Konkakaf Kubokunun qalibi
"Oklend Siti" (Yeni Zelandiya) – OFK reytinqinə uyğun olaraq

Daha 7 iştirakçı komandanın adı daha sonra açıqlanacaq. 2023-cü ildə klublararası dünya çempionatının qalibi finalda Braziliyanın “Fluminense” klubunu 4:0 hesabı ilə məğlub edərək “Mançester Siti” olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"