Ulduzlar meydanda - Yeni dünya çempionatı keçiriləcək

29 Fevral 00:00 Dünya çempionatı 255
Ulduzlar meydanda - Yeni dünya çempionatı keçiriləcək

Dünya futboluna bir vaxtlar damğasını vurmuş ulduzlar İngiltərədə keçiriləcək turnirdə meydana çıxmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, aktiv futbolçu karyerasını başa vurmuş, yaşı 35-dən yuxarı olan veteran futbolçular 8 ölkənin iştirak edəcəyi mini dünya çempionatında çıxış edəcəklər.

Matçların iyun ayında keçiriləcəyi planlaşdırılır.

Turnirdə hansı millilərin iştirak edəcəyi də dəqiqləşib. Turnirə İngiltərə, Argentina, Braziliya, İspaniya, Almaniya, Fransa İtaliya, Uruqvay yığmaları qatılacaq.

Matçlar İngiltərənin yalnız bir stadionunda keçirilməsi planlaşdırılır. 1/4 final görüşləri 4-5 iyunda, yarımfinallar 8 iyun, final görüşü isə iyunun 11-də baş tutacaq.

Artıq bütün komandaların kapitanları da bəlli olub.

Turnirdə Roberto Karlos, Hernan krespo, Maykl Oven, Terri Anri, Françesko Totti, Miçel Salqado, Dieqo Luqano, Frenk Lempard, Rio Ferdinand, Mesut Özil, Semi Xedira, Ronaldinyo, Rivaldo, Roberto karlos kimi veteran oyunçular çıxış edəcək.

Komandalar meydana 11 nəfərlə çıxacaq və görüşlər 70 dəqiqə oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"