“Bilirdim ki, Allah dünya çempionu olmağımı istəyir” – MESSİDƏN İDDİA!

5 Dekabr 2023 18:40 Dünya çempionatı 260
“Bilirdim ki, Allah dünya çempionu olmağımı istəyir” – MESSİDƏN İDDİA!

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci ildə dünya çempionu olmasından danışıb.

Sportinfo.az xəbər verir ki, o, bu uğuru qazanacağına əvvəldən əmin olduğunu deyib:

“Mən bunu illər əvvəl demişdim: dünya çempionu olacağıma əmin idim. Bu, 2014-cü il dünya çempionatının finalındakı məğlubiyyətdən əvvəl də belə idi.

Və sonra belə oldu. Bilirdim ki, Allah dünya çempionu olmağımı istəyir. Mən həmişə buna inanmışam.

Yolboyu çoxlu böyük maneələr var idi, mənim üçün həqiqətən çətin idi, amma axırda belə oldu. Dünya çempionatı boyunca Dieqo Maradona həmişə yanımızda idi.

Argentina millisində oynayanda həmişə belə olur. Biz hər yerdə argentinalıları gördük, özümüzü evdəki kimi hiss etdik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"