DÇ-2034 bu ölkədə keçiriləcək – RƏSMİ AÇIQLAMA

1 Noyabr 2023 00:50 Dünya çempionatı 416
DÇ-2034 bu ölkədə keçiriləcək – RƏSMİ AÇIQLAMA

2034-cü il dünya çempionatının final mərhələsinə ev sahibliyi edəcək ölkə açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino sosial şəbəkə hesablarında paylaşım edib.

O, DÇ-2034-ün final mərhələsinin Səudiyyə Ərəbistanında keçiriləcəyini açıqlayıb.

Ötən gün Avstraliya DÇ-2034-ə ev sahibliyi etmək barədə namizədliyini geri çəkmişdi və yeganə namizəd Səudiyyə Ərəbistanı qalmışdı.

2026-cı il dünya çempionatı 3 ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika. 2030-cu ildə dünya çempionatının matçları isə İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"