Dünya çempionatı üç qitədə keçiriləcək - Tarixdə ilk dəfə

5 Oktyabr 2023 10:00 Dünya çempionatı 770
Dünya çempionatı üç qitədə keçiriləcək - Tarixdə ilk dəfə

Tarixdə ilk dəfə olaraq dünya çempionatı üç qitədə keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında məlumat verilib.

2030-cu ildə dünya çempionatı Uruqvay, Argentina, Paraqvay, Mərakeş, İspaniya və Portuqaliyada keçiriləcək. Qeyd olunur ki, turnirin qrup mərhələsinin açılış oyunları Uruqvay, Argentina və Paraqvayda baş tutacaq.

FİFA ilk turnirin 100 illiyi münasibətilə dünya çempionatının altı ölkədə keçirilməsinə qərar verdiyini bildirib.

İlk dünya çempionatı 1930-cu ildə Uruqvayda keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM