FİFA-ya müraciət etdi - Dünya çempionatına ev sahibliyi üçün

7 Avqust 2023 00:20 Dünya çempionatı 426
FİFA-ya müraciət etdi - Dünya çempionatına ev sahibliyi üçün

Avstraliya 2034-cü ildəki dünya çempionatına ev sahibliyi etmək üçün FİFA-ya müraciət ünvanlayıb.

Sportinfo.az xəbər verir ki, bunu Avstraliya Futbol Federasiyasının baş direktoru Ceyms Conson açıqlayıb.

O, bildirib ki, qadınlar arasında dünya çempionatına uğurla ev sahibliyi etdikləri üçün bu qərara gəliblər:

“Qadınlar arasında təşkil olunan mundialı digər yarışlar üçün tramplin kimi görürük. Diqqətimizi DÇ-2034-ə və 2029-cu ildə reallaşacaq klublararası dünya çempionatına yönəldəcəyik”.

Hazırda Avstraliya və Yeni Zelandiyada qadınlar arasında dünya çempionatı keçirilir. Yarışa avqustun 20-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"