"Qarabağ"ın albaniyalı sol cinah müdafiəçisi Ansi Aqolli 2018-ci il dünya çempionatının seçmə mərhələsi (DÇ-2018) oyununda fərqlənib.
Sportinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu Albaniya yığmasının heyətində bu gün Lixtenşteyn yığmasına evdə 2:0 hesabı ilə qalib gəldikləri matçda qol vurub.
O, sonadək meydanda olduğu qarşılşamada 78-ci dəqiqədə son nöqtəni qoyub. Bu, onun millidə 2-ci qolu olub. Albaniya isə bu qələbə sayəsində xalını 12-yə çatdıraraq qrupda 3-cü pilləyə yüksəlib.

