UEFA İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən növbəti iclasında 2026-cı il dünya çempionatının seçmə turnirinin formatının dəyişdirilməsi barədə qərar qəbul edilib.
Sportinfo.az xəbər verir ki, DÇ-2026-nın final hissəsində iştirakçıların ümumi sayı artaraq 48 komandaya çatdığından, Avropa milliləri daha çox vəsiqə əldə edəcək.
Əvvəlcə UEFA-dan final mərhələsinə 13 seçmə komanda qatılırdısa, indi bu rəqəm 16-ya yüksəlib. Ona görə də komandaların seçim turnirinin formatı dəyişdirilib.
UEFA bütün Avropa komandaları 4-5 millidən ibarət 12 qrupa böləcək yeni düstur qəbul edib
12 qrup qalibi birbaşa dDünya çempionatına, ikinci yeri tutan 12 komanda isə 2024/2025 mövsümünün Millətlər Liqasından ən yaxşı reytinqə malik dörd komanda ilə birlikdə pley-offa çıxacaq.
Bu 16 komanda Avropadan dünya çempionatında son dörd yer uğrunda mübarizə aparacaq.