Dünya çempionatının seçmə mərhələ oyunları Bakıda

7 Aprel 2023 01:10 Dünya çempionatı 362
Dünya çempionatının seçmə mərhələ oyunları Bakıda

Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonasının seçmə mərhələ oyunları Bakıda keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Çimərlik Futbolu Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Oyunlar 2-9 iyul tarixlərində baş tutacaq. Əvvəlcə reytinqdə ilk “12-liy”ə düşməyən komandalar qrup mərhələsində mübarizə aparacaqlar.

İyulun 5-7-si aralığında reytinqin ən yaxşı 12 komandası yarışacaq. Hər qrupdan 4 komanda növbəti mərhələyə adlayacaq.

İyulun 8-də yarımfinal və pley-off oyunları təşkil ediləcək. Ertəsi gün isə final matçı və 3-16-cı yerlər uğrunda pley-off qarşılaşmaları olacaq.

Seçmə mərhələnin ən yaxşı 4 komandası bu il Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"