Dörd ölkə dünya çempionatına ev sahibliyi etmək istəyir - 2030-cu ildə

8 Fevral 2023 10:00 Dünya çempionatı 707
Dörd ölkə dünya çempionatına ev sahibliyi etmək istəyir - 2030-cu ildə

Argentina, Uruqvay, Çili və Paraqvay 2030-cu il dünya çempionatına birgə ev sahibliyi üçün FIFA-ya müraciət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia qurumun rəsmi saytına açıqlama verib.

O bildirib ki, bu, dörd ölkənin tarixi üçün çox önəmli hadisədir:

"Biz yüzillik yubileyində mundiala yenidən ev sahibliyi etməyi arzulayırıq. Hamımız çox həvəsliyik. Biz futbol üçün yaşayırıq.

Bilirik ki, bu, çox böyük öhdəlikdir. Argentina, Uruqvay, Paraqvay və Çilinin 2030-cu ildəki dünya çempionatını keçirmək üçün uyğun olduğunu bütün dünyaya sübut etməliyik".

Tarixdə ilk dünya çempionatı 1930-cu ildə Uruqvayda təşkil olunub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar