"Yaşıma görə DÇ-2026-da iştirak etmək mənim üçün çox çətin olacaq"

4 Fevral 2023 01:30 Dünya çempionatı 346
"Yaşıma görə DÇ-2026-da iştirak etmək mənim üçün çox çətin olacaq"

PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026 ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, o, növbəti dünya çempionatında iştirak edib-etməyəcəyini söyləməyə hazır olmadığını bildirib:

“Həmişə deyirdim ki, yaşıma görə DÇ-2026-da iştirak etmək mənim üçün çox çətin olacaq. Futbol oynamağı sevirəm, işimdən həzz alıram.

Yaxşı çıxış edəcəyim müddətdə özümü dünya çempionatında iştirak etməyə uyğun hesab edirəm. DÇ-2026 hələ qabaqdadır.

Bir daha təkrar edirəm: yaşıma görə turnirdə iştirak etmək mənim üçün çətin ola bilər.

Hər şey mənim karyeramın inkişafından asılıdır. 36 yaşıma az qalıb. Gələcək karyeramın necə olacağı, nə ilə məşğul olacağım hələ sual altındadır”.

Futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!