“Mən onun üçün narahat deyiləm, amma digərlərinə görə narahatam”

31 Yanvar 2023 01:40 Dünya çempionatı 438
“Mən onun üçün narahat deyiləm, amma digərlərinə görə narahatam”

“Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç Argentina millisinin DÇ-2022-də qazandığı qələbədən danışıb.

Sportinfo.az xəbər verir ki, İbrahimoviç həmçinin, PSJ-nin hücumçusu Kilian Mbappenin gələcəkdə Fransa yığması ilə birlikdə daha bir dəfə dünya çempionu olacağı ilə bağlı fikirlərini bildirib:

“Dedim ki, Argentina dünya çempionu olacaq. Çünki Qətərdə keçirilən dünya çempionatının əbədi olaraq yadda qalmasını istəyirsənsə, kim qalib gəlməlidir?

Lionel Messi tarixin ən yaxşı oyunçusu sayılır və onun qalib gələcəyinə əmin idim.

Mbappe daha bir dəfə dünya çempionu olacaq. Mən onun üçün narahat deyiləm. Amma digər argentinalı futbolçulara görə narahatam.

Çünki sadəcə Messi xatırlanacaq. Mən bunu yüksək səviyyəli peşəkar futbolçu kimi deyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti