“Ən gözəl hadisədən bir ay keçdi.
Doğrusu, mən hələ də inana bilmirəm.
Nə gözəl ki, hamımızın çox istədiyi kuboku qaldıra bildik. Çox gözəl bir ay keçirdim, Komanda yoldaşlarım, gündəlik məşq, söhbətlər. Bütün bunlar xoş idi".
Sportinfo.az xəbər verir ki, bunu Argentina millisinin kapitanı Leonel Messi deyib.
O, Dünya Kubokunu qazanandan sonra keçirdiyi duyğularını bölüşüb:
“Bizi dəstəkləyən insanların çılğınlığını görmək çox gözəl idi. Allahım, hər şey üçün təşəkkür edirəm. Dediyim kimi, onu mənə verəcəyini bilirdim...”.