"Hələlik Messini tək qoymalıyıq, qoy, qələbənin həzzini yaşasın"

5 Yanvar 2023 18:20 Dünya çempionatı 547
"Hələlik Messini tək qoymalıyıq, qoy, qələbənin həzzini yaşasın"

Argentina millisinin müdafiəçisi Lisandro Martines Lionel Messinin yığmadakı gələcəyi ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu argentinalı hücumçunun milli komandadakı çıxışı haqda bunları deyib:

“Hələlik Messini tək qoymalıyıq. Qoy, qələbənin həzzini yaşasın. Milli komandada bizimlə birgə oynamağa davam etsə, bu, hamımız üçün yaxşı olacaq”.

Argentina DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.

Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş