Ronaldo və Messi kimlərə həsəd aparır? – MARAQLI FAKT

1 Yanvar 2023 02:50 Dünya çempionatı 710
Ronaldo və Messi kimlərə həsəd aparır? – MARAQLI FAKT

022-ci il Qətərdə təşkil edilən dünya çempionatı ilə əlamətdar oldu.

Sportinfo.az xəbər verir ki, 22-ci mundial yarış tarixinin bombardirləri siyahısında dəyişikliklərlə nəticələnib.

Düzdür, Miroslav Klozenin zirvədəki, Ronaldo və Herd Müllerin “üçlük”dəki mövqeyi dəyişməz qalıb. Amma iki futbolçu 10 qol səddini arxada qoyanlar siyahısına düşüb.

Lionel Messi 4-cü yerə şərik olaraq Kloze ilə fərqi 3 topa çatdırıb. Amma çətin ki, argentinalı dörd ildən sonra 39 yaşında rekord qırmağa iddia etsin.

24 yaşlı Kilian Mbappe isə “Futbol kralı” Peləyə çatıb. 6-cı yerə şərik olan ulduzu rekorddan cəmi 4 top ayırır.

Fransalı bundan sonra ən azı 2, bəlkə də üç mundialda oynaya bilər. Yalnız 9 futbolçu 10-dan çox qol vurub.

1. Miroslav Kloze (Almaniya) - 16
2. Ronaldo (Braziliya) – 15
3. Herd Müller (Almaniya) – 14
4-5. Jüst Fonten (Fransa) – 13
Lionel Messi (Argentina) – 13
6-7. Pele (Braziliya) – 12

Digər Xəbərlər
Xəbər Lenti