Dünya çempionatının final hakimi Şimon Marçinyak Fransa tərəfinin ittihamlarına cavab verib.
Sportinfo.az xəbər verir ki, hakim bu barədə mətbuat konfransında danışıb.
O, telefonundakı bir fotonu göstərərək, “Fransızlar Mbappe qol vuranda meydanda yeddi fransızın olması barədə danışmayıblar”, şərhini verib.
Onun göstərdiyi foto isə Mbappenin penaltidən qol vuraraq hesabı əlavə vaxtda 3-3-ə çatdırdığı səhnə olub.
O, Didye Deşamın istifadə olunmayan oyunçularını meydanda göstərən fotonu təqdim edib.
Fransız azarkeşlər isə Lionel Messinin 109-cu dəqiqədə fərqləndiyi zaman argentinalıların meydanda 13 futbolçusu olduğunu bildirirlər. Buna görə hakimi oyunu səhv idarə etməkdə təqsirləndirirlər.
Onlar tələb edirlər ki, əgər qol vurulduqdan sonra hakim qolun vurulduğu vaxt meydanda əlavə şəxsin olduğunu bilsə (oyunçu, əvəzedici, komandanın meydandan qovulmuş oyunçusu və s.), hakim qola icazə verməməlidir və oyun əlavə şəxsin olduğu yerdən birbaşa cərimə zərbəsi ilə yenidən başlamalıdır.
Qətərdə keçirilən dünya çempionatında Argentina millisi Fransa yığmasını penaltilərlə (əsas vaxt 2:2, əlavə vaxt 3:3) məğlub edib və tarixində 3-cü dəfə dünya çempionu olub.
200 000-dən çox fransız azarkeş matçdakı “səhvlərə” görə görüşün yenidən keçirilməsi üçün petisiyaya imza toplayıb.