COP29

Sevgililər, ailələr... FOTOLAR

24 Dekabr 2022 03:50 Dünya çempionatı 909
Sevgililər, ailələr... FOTOLAR

Bir neçə gün əvvəl başa çatan dünya çempionatında bir sıra maraqlı məqamlar var.

Onlardan biri də futbolçuların ən yaxın, doğma azarkeşləridir.

Söhbət mundialın əsas qəhrəmanları olan oyunçuların ailə üzvlərindən gedir. Futbolçuların yaxınları daim diqqət mərkəzində olublar. Onların sosial şəbəkədəki paylaşımları da xüsusilə izlənilib.

Gəlin görək oyunçuları Qətərdə kim daha çox ruhlandırıb…

DÇ-2022-nin əsas siması olan Leo Messini bütün ailə üzvləri - həyat yoldaşı Antonella və oğulları Tiaqo, Mateo və Çiro dəstəkləyirdi.

Messinin komanda yoldaşı Qonzalo Montieli Qətərdə dəstəkləyənlər arasında təkcə sevgilisi Karina deyil, anası da vardı.

Cənubi Amerika təmsilçisinin digər futbolçusu Leandro Paradeş də DÇ-2022 zamanı ailə üzvlərindən böyük dəstək gördü. Həyat yoldaşı Kamila ilə yanaşı, 2 oğlu da Qətərə təşrif buyurmuşdu. Onlar Leandroya pankartlarla uğurlar arzulayırdılar.

Bu fotodakı Emilia adlı xanım isə Argentina millisinin hücumçusu Xulian Alvaresin şəxsi fanatıdır.

Auqustino Qandolf isə Avstraliya ilə 1/8 final matçında “albiseleste”nin forvardı Lautaro Martinesə qaçırdığı çoxsaylı qol fürsətlərinə görə təsəlli olmağa çalışıb.

Qətərdə paralel olaraq "Miss World Football" müsabiqəsi keçirilsəydi, Argentina 100% qalib olardı!

“Fernando Santoş yanıldı. Dünyanın ən yaxşı oyunçusunu qiymətləndirməmək olmaz” – bu sözlər Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigezə məxsusdur. O, Ronaldoya görə Portuqaliya millisinin baş məşqçisinə bu formada etiraz edib. Səbəb isə Mərakeşə məğlub olduqları oyunda Ronaldonun ehtiyat oyunçular skamyasında əyləşməsi oldu.

Corcinadan fərqli olaraq Diogo Dalotun sevgilisi heç nə yazmayıb. Amma komandanın 1/4 finalda mübarizəni dayandırması onu çox üzdü.

Bernardo Silvanın sevgilisinin paylaşımı isə olduqca sadədir: Bernardo Silva + İnes Tomaz = ❤️

Kevin De Brüynenin həyat yoldaşı Mişel Lukaku Belçika millisinin Xorvatiya ilə qarşılaşmadakı uğursuzluğunu dəhşət içində izləyib.

Nə qədər qəribə və gülməli olsa da, Tibo Kurtuanın sevgilisinin də adı Mişeldir.

Dris Mertens bu yaxınlarda ata olub. Uşaq Erlinq Haalanddan fərqli olaraq Dünya Kubokuna gedə bilib.

Ən parlaq dəstək qrupu əlbəttə ki, Hollandiyadadır. Bu, Frenki de Yonqun ilk məhəbbəti Mikkidir.

Noah ilə Ceymi isə Kodi Gakpo və Denzel Dumfrisin şəxsi pərəstişkarlarıdır.

Deyli Blindin ABŞ-yə vurduğu qolu ən yüksək səslə alqışlayanlar.

İngiltərə millisinin yarımmüdafiəçisi Konor Qalager Qətərdə heç bir oyun keçirməsə də, sevgilisi Aine ilə danışmağa çox vaxtı olub.

"YU-ES-EY! YU-ES-EY!” – Bu, ABŞ yığmasının kapitanı Teyler Adamsın sevgilisi Sara Şmidtin sevimli şüarıdır.

Adamsın “Lids”dəki komanda yoldaşı Brenden Aaronsohn da tribunadan ona gülümsəyən birini Qətərə gətirib.

Haci Raytın Dünya Kubokuna getməsi boş yerə deyildi: Hollandiyaya qol vurdu və sevincini sevgilisi ilə bölüşdü.

Aleksis Veqa Qətərdə cəmi bir həftə qaldı, amma heç olmasa, həyat yoldaşı ilə birlikdə evi tərk etdi.

Anna Levandovska Polşa komandasının pley-offa vəsiqə qazanmasına sevinir.

Voytsex Şensninin həyat yoldaşı Marina əmindir ki, DÇ-2022-nin ən yaxşı qapıçısı Emiliano Martines deyil.

Fransa milli komandasının qol silahlarından biri olan Olivye Jirunun ən yaxın adamları.

Dünya Kubokunun finalından əvvəl sevgilisi Kingsley Koman üçün gülümsəyirdi. Matçdan sonra o, bunu çətinliklə etdi.

Dani Karvaxalın həyat yoldaşı Qətərdə daha uzun müddət qalmağı planlaşdırırdı.

Ederson Moraeşi dəstəkləyən azarkeş sektoru.

Natalia Alisson Bekkerə bığ buraxmağa icazə verən şəxsdir.

Markinyoşun ailəsi dekabrın 18-dək Qətərdə qalmaq istəyirdi.

Həmçinin, Martinellinin sevgilisi də.

Sofiya Miloşeviç turnirdə cəmi 35 dəqiqə meydanda olan Luka Yoviçin sevgilisidir.

Luis Suaresin ailəsi Uruqvay üçün böyük əhəmiyyət kəsb edən turniri qaçıra bilməzdi.

Rodriqo Bentankur da dəstəksiz qalmadı.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!