DÇ-2022-nin ən yaxşı oyunçusu kimdir? - Fatim Terimə görə

23 Dekabr 2022 22:40 Dünya çempionatı 450
DÇ-2022-nin ən yaxşı oyunçusu kimdir? - Fatim Terimə görə

“Qalatasaray”ın keçmiş baş məşqçisi Fatih Terim DÇ-2022 ilə bağlı təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, dünya çempionatı zamanı Qətərdə olduğunu bildirib:

“Çempionatın təşkilini çox bəyəndim. Mən də Qətərdə idim. Ən yaxşı oyunçu tituluna gəldikdə, mən bunu həmişə demişəm: Lionel Messi birinci, Lionel Messi ikinci, Lionel Messi üçüncüdür. Düşünürəm ki, indi bütün dünya bunu başa düşür”.

Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.

Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti