Millinin futbolçuları qazandıqları bütün pulu kasıb-kusuba paylayacaqlar

22 Dekabr 2022 03:20 Dünya çempionatı 759
Millinin futbolçuları qazandıqları bütün pulu kasıb-kusuba paylayacaqlar

Mərakeş millisinin futbolçuları DÇ-2022-də qazandıqları bütün pul mükafatlarını xeyriyyə məqsədi ilə xərcləyəcəklər.

Sportinfo.az xəbrə verir ki, onlar mükafatı öz ölkələrindəki yoxsul ailələrə yardım etmək üçün göndərmək qərarına gəliblər.

Mərakeşlilər dünya çempionatında yarımfinalda Fransaya 0:2, üçüncü yer uğrunda görüşdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub. Mərakeş millisi çıxışına görə təxminən 25 milyon dollar qazanıb.

Mərakeşlilər dünya çempionatı tarixində turnirin yarımfinalına yüksəlməyi bacaran ilk Afrika komandası olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!